Bu gün Bakıda Azərbaycan və Özbəkistanın qadın sahibkarlarının iştirakı ilə biznes forum keçirilir. Bu barədə 29 iyun tarixində Report məlumat verib.
Məlumata əsasən, biznes forumun məqsədi iki ölkə arasında iqtisadi və ticarət əlaqələrini möhkəmləndirməkdir.
Biznes forumda memorandumun və müqavilələrin imzalanması, ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur.