Bu gün Bakıda Azərbaycan-Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) biznes forumu keçirilir. Bu barədə 24 iyun tarixində Report məlumat verib.
Məlumata əsasən, sözügedən tədbirdə maliyyə naziri Samir Şərifov, iqtisadiyyat nazirinin müavini Elnur Əliyev, Qara Dəniz Ticarət və İnkişaf Bankının prezidenti Dimitri Pankin və digər rəsmi şəxslər iştirak edirlər.
Qeyd edək ki, ötən gün QDTİB-in 24-cü İllik Toplantısı keçirilib.