Bu gün, iyunun 10-da Bakıda “Azərişıq” ASC-nin yeni yarımstansiyasının və Rəqəmsal Şəbəkələrin Baş İdarəetmə Mərkəzinin açılışı olub. Açılışda Prezident İlham Əliyev iştirak edib. Bu barədə Prezidentin Mətbuat Xidmətindən məlumat verilib.
Yeni yarımstansiya perspektivdə yaranacaq yüklərin 220 kilovoltluq “Müşviq” və “Xırdalan” yarımstansiyaları arasında paylanması və ötürülməsi üçün nəzərdə tutulub.
“Azərişıq” ASC-nin Rəqəmsal Şəbəkələrin Baş İdarəetmə Mərkəzi 3D-mobil xəritə sistemi, SCADA sistemi, məsafədən avtomatik sayğacoxuma sistemi, abonentlərin FİN-kodlaşma sistemi, avtomobillərin (qəza əleyhinə texnika, səyyar sınaq-diaqnostika laboratoriyaları) GPS-mövqe sistemi ilə təchiz olunub.