Bakıda mayın 16-da hamilə qadın avtobusda baldızı tərəfindən döyülüb. Bu haqda Oxu.az məlumat yayıb.
İnsident Suraxanı qəsəbəsi ərazisində 184 nömrəli marşrutda baş verib. 1993-cü il təvəllüdlü qadın baldızı ilə mübahisə edib. O, gəlinin hər iki qolunu dişləyib və zərbələr endirib.
Yaralı iki saitin cırılmış yarası və döş qəfəsinin küt travması diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı hüquq mühafizə orqanına məlumat verilib.