Bakıda 4 qadının bank hesablarından dələduzluq yolu ilə pul çıxarmaqda şübhəli bilinən Gədəbəy rayon sakini O. Hüseynov saxlanılıb. Bu barədə Report-a DİN-dən məlumat verilib.
Polis tərəfindən onun daha bir qadının bank hesabından 1000 ABŞ dolları oğurlaması da müəyyən olunub.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, iyunun 29-da qadının bank hesabından 520 manat oğurlayan şəhər sakini saxlanılmışdı.