Paytaxt yollarında müşahidə olunan sıxlıqlar səbəbindən müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkətində ləngimələr müşahidə olunur. Bu barədə iyunun 24-də Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.
Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısından 20 Yanvar dairəsi istiqamətində Moskva prospektində 2, 7A, 13, 14, 18, 96, 114A, 114B, 119 və 135 nömrəli avtobusların hərəkətində 14 dəqiqəyə yaxın gecikmə müşahidə edilir.
Binəqədi şosesi - "Azadlıq prospekti" metrostansiyası istiqamətində 71, 79, 133, 165, 179 və 202 nömrəli avtobusların hərəkətində 12-16 dəqiqə ləngimə var.
Bakıda sıxlıq müşahidə edilən yolların siyahısı ilə buradan tanış olmaq olar.