Bakıda “Belçikaya komikslərlə səyahət” adlı sərgi açılıb. Bu barədə 20 oktyabr tarixində Report məlumat verib.
“Sərgi Azərbaycan və Belçika arasında ikitərəfli münasibətlərin 30-cu ildönümünə həsr olunub", - Belçikanın Azərbaycandakı səfiri Mişel Pitermans açılış mərasimində deyib.
Komikslər "9-cu incəsənət" hesab olunur. Bu janrda trend yaradan mövqe Belçikaya məxsusdur. Brüsseldə komikslərə həsr olunmuş muzeylər, komiksləri əldə edə biləcəyiniz çoxlu butiklər və mağazalar fəaliyyət göstərir.