Bakının Nərimanov rayonunda beşmərtəbəli binada yanğın olub. Bu barədə iyunun 18-də Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
İnsident yaşayış binasının 3-cü mərtəbəsində baş verib. 3 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları və ev əşyaları yanıb.
Mənzilin qalan hissəsi alovdan mühafizə olunub. Yanğın söndürülüb.