Noyabrın 19-20-də "Baku Expo Center"də “United Property Expo 2022” - Beynəlxalq Əmlak Sərgisi keçiriləcək. Bu barədə 18 oktyabr tarixində Report məlumat verib.
Sərgi ölkədən xaricdə əmlak almaq, icarəyə vermək istəyənlər üçün platforma rolunu oynayacaq.
Sərgidə 70-dən çox tərtibat, dizayn və memarlıq şirkəti iştirak edəcək.
Sonuncu dəfə Bakıda bu cür sərgi koronavirus (COVID-19) pandemiyasından əvvəl - 6-7 aprel 2018-ci ildə keçirilib.