Bu gün, iyunun 2-də Bakıda ADA Universitetində INCSOS VII Beynəlxalq Sosial Elmlər Konqresi keçirilir. Bu barədə məlumat konqresin saytında yerləşdirilib.
Tədbir Azərbaycan və Türkiyə parlamentlərinin, Beynəlxalq Balkan Universitetinin birgə təşkilatçılığı ilə təşkil olunur. Konqres iyunun 4-dək davam edəcək.
INCSOS bundan əvvəl İspaniyada, Yerusəlimdə, Özbəkistanda, Rumıniyada və Ankarada baş tutub. Məqsəd Azərbaycan və Türkiyə alimlərinin hazırladıqları araşdırmaların xaricdə təmsil olunmasını təmin etmək və elmə töhfə verməkdir.