Bakıda növbəti “CASPINDEXPO 2022” beynəlxalq ticarət və sənaye sərgisi keçiriləcək. Bu barədə 7 may tarixində APA məlumat verib.
Məlumata əsasən, sərgidə Azərbaycanla yanaşı, Türkiyə, Türkmənistan, Qazaxıstan, İran və Rusiya iş adamları iştirak edəcək. Bildirilib ki, 16 may tarixində təşkil olunacaq biznes forumda sahibkarlar arasında ikitərəfli görüşlərin keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, sərgi 15-18 may tarixlərində baş tutacaq.