Bakıda Heydər Əliyev adına İdman-Konsert Kompleksində Beynəlxalq Xeyriyyə Yarmarkası keçirilir. Bu barədə 22 oktyabr tarixində Report məlumat verib.
Tədbir Azərbaycanla BMT arasında tərəfdaşlığın 30 illiyinə, Azərbaycanın Qoşulmama Hərəkatında sədrliyinin 3-cü ildönümünə və BMT Gününə həsr olunub.
Tədbirdə 30-dan çox ölkənin və bir sıra beynəlxalq təşkilatların suvenirlərindən ibarət stendlər nümayiş etdirilir.
Xeyriyyə yarmarkasından əldə olunan bütün vəsait UNİCEF-nin həyata keçirdiyi layihə üzrə sağlamlıq imkanları məhdud uşaqlara bağışlanacaq.