Bakıda qətl törətməkdə təqsirləndirilən Ramil Rəhmanovun məhkəməsi başlayır. Bu barədə iyunun 17-də Report məlumat yayıb.
Hadisə ötən ilin aprelində paytaxtın Binəqədi rayonunda qeydə alınıb. Ramil Rəhmanov 28 yaşlı Cavad Allahverdiyevlə mübahisə zəminində onu ürək nahiyəsindən bıçaqlayaraq qətlə yetirib.
Ramil Rəhmanova qarşı”qəsdən adam öldürmə, xuliqanlıq niyyəti ilə adam öldürmə” maddəsilə ittiham irəli sürülüb.