Bakıda çoxmərtəbəli binanın lifti qırılıb. Nəticədə 2-si uşaq olmaqla, 6 nəfər xəsarət alıb. Bu haqda iyunun 17-də Report məlumat yayıb.
Hadisə dünən saat 22:00 radələrində Nizami rayonundakı “Yeni Ev 7” MTK-ya məxsus binada baş verib. Hərəkətdə olan lift qırılaraq şaxtaya çırpılıb.
Yaralanan 4 qadın və 2 azyaşlı xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.