Bakıda İçərişəhər Qoşa Qala meydanında 2 iyul tarixində “Bir Peşənin Sirri” festivalı təşkil olunacaq. Bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəsmi səhifəsində məlumat yayılıb.
Məlumata əsasən, tədbirdə Bakı və müxtəlif regionları təmsil edən peşə təhsili müəssisələrinin turizm, sənaye, kənd təsərrüfatı, İKT və ictimai iaşə istiqamətlərində təhsil alan tələbələrinin əl işlərindən ibarət sərgilər, ustad dərsləri keçiriləcək. Həmçinin iştirakçılar üçün əyləncəli oyunlar, viktorinaların keçirilməsi də nəzərdə tutulub.
Qeyd edək ki, festival saat 12:00-dan 18:00-dək davam edəcək.