Bakının Binəqədi rayonunda yol qəzasını işıqlandıran jurnalistlər təzyiqlə üzləşiblər. Bu haqda iyunun 7-də APA məlumat yayıb.
“Nİssan” markalı minik avtomobili “Niva” markalı maşına çırpılıb. Nəticədə “Nissan”da olan bir nəfər xəsarət alıb.
Hadisə şahidləri və avtomobil sürücüləri operator və jurnalistlərin ünvanına təhqiramiz ifadələr işlədərək onları vurmağa başlayıblar.