Paytaxtda Daş Salnamə Muzeyində mayın 6-da “Qarabağ Azərbaycandır! Şuşa - Ənənədən Gələcəyə” adlı dəfilə gecəsi baş tutub. Bu barədə Report məlumat verib.
Tədbir 2022-ci ilin “Şuşa İli” elan edilməsinə həsr olunub. Dəfilədə Qarabağa aid 40-a yaxın qadın və kişi milli geyimləri, eləcə də araxçınlar nümayiş olunub.
Tədbirdə dövlət qurumları, səfirliklər, ictimai, mədəni xadimlər və KİV nümayəndələri iştirak ediblər.
[URIS id=46957]