Bakıda iki nəfərə qarşı dələduzluq etməkdə təqsirli bilinərək 2 il azadlıqdan məhrum edilmiş qadın məhkəmə zalından azadlığa buraxılıb. Bu haqda iyunun 25-də APA məlumat yayıb.
Onun dəymiş ziyanın böyük hissəsini ödəməsi və yaşı nəzərə alınaraq məhkəmənin hökmü ləğv edilib.
Qeyd edək ki, adıçəkilən şəxs mülkiyyət hüququ əldə etməsi üçün kömək edəcəyi vədini verərək vətəndaşların 21 400 manat pulunu ələ keçirib. O, “dələduzluq xeyli miqdarda ziyan vurmaqla törədildikdə” maddəsilə ittiham olunub.