Bakıda dələduzluqda təqsirləndirilən şəxs saxlanılıb. Bu haqda mayın 25-də Lent.az məlumat yayıb.
Saxlanılan şəxs tanışı olan bir qadının avtomobilini götürüb və onun xəbəri olmadan 40 000 manata satıb.
Digər qadının isə lizinq yolu ilə maşın alacağı adı ilə 51 000 manatını mənimsəyib.
3-cü zərərçəkmiş şəxsdən 150 000 manat pul alıb və yalandan sonuncunu dövlət həkimləri təkmilləşdirmə institutuna rektor təyin edəcəyini söz verib.
Faktlarla bağlı “dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə” maddəsi üzrə toplanan materiallar Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.