Bakıda dənizdə 25 yaşlı oğlanın meyiti tapılıb. Bu haqda iyunun 3-də Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Mərhumun iyunun 2-də Ağ Şəhər bulvarı yaxınlığında qeyri-çimərlikdə, nəzarətsiz ərazidə batdığı ehtimal olunur. Meyit aidiyyəti üzrə təhvil verilib.
Sözügedən şəxsin Rüstəmov Nəsimi Kamal oğlu olduğu müəyyən edilib.