Paytaxtda dənizdə 36 yaşlı kişi boğulub. Bu haqda iyunun 27-də APA xəbər yayıb.
Hadisə Nardaran çimərliyində baş verib. 36 yaşlı idman müəllimi bir nəfəri dənizdə batmaqdan xilas edib. Lakin özü boğularaq dünyasını dəyişib.
Məlumata görə, mərhum Bakıdakı məktəblərin birində çalışıbmış.