Şəkidə yataqda siqaret çəkən kişi yanıb. Bu barədə İnsanoid APA-ya istinadən bu gün, 15 iyul tarixində xəbər verir.
Hadisə ötən gün axşam saatlarında rayonun Baş Kəldək kəndində baş verib.
57 yaşlı kənd sakini Mais Nəbiyev ağır dərəcəli yanıq xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına daxil olub. Onun vəziyyəti ağır olduğu üçün dərhal xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib. Müayinə və araşdırma zamanı məlum olub ki, M. Nəbiyev yataqda siqaret çəkərkən yuxuya gedib. Yanan siqaret yuxuya gedən M. Nəbiyevin əlindən döşəyə düşərək, yanğına səbəb olub.
Faktla bağlı araşdırma aparılır.