Bakıda Xəzər dənizinin nəzarətsiz ərazisində batan şəxsin axtarışlarına helikopter cəlb olunub. Bu barədə İnsanoid Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən bu gün, 15 iyul tarixində məlumat verir.
Ötən gün Bakı şəhəri Sabunçu rayonunun Bilgəh qəsəbəsində dənizdə nəzarətsiz ərazidə bir nəfərin batması barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb ediliblər.
Axtarışlar davam etdirilir.