DTX əməkdaşları Ermənistan Xüsusi xidmət orqanlarının Azərbaycanda planlaşdırdığı xüsusi əməliyyatı ifşa ediblər. Bu barədə iyunun 13-də Hərbi Xəbərlər məlumat paylaşıb.
Şərti adı Fidan kimi göstərilən 15 yaşlı azərbaycanlı qız sosial şəbəkə vasitəsilə Qazaxıstandan olan erməni əsilli Karina (şərti) adlı qızla və “Haytarak” qrupunun sahibi Artur adlı oğlanla tanış olub.
Daha sonra Artur və Karina Fidandan Azərbaycan Dövlət Neft və Sənaye Universiteti binasının qarşısında nasist şəriki Qaregin Njenin fotosu ilə yazı yerləşdirməsini xahiş ediblər. Bir müddət sonra isə Dövlət Təhlükəsizlik Xidməti Fidanı saxlayıb.