Bakıda evlərdən oğurluq edən 5 nəfər saxlanılıb. Bu haqda mayın 25-də Report məlumat yayıb.
Qaradağ rayonunun Müşfiqabad qəsəbəsindəki evlərin birindən 5 500 manat dəyərində qızıl-zinət əşyaları oğurlayan 2 nəfər qadın saxlanılıb.
Sabunçu rayonunun Maştağa qəsəbəsindəki evlərin birindən 3 500 manat dəyərində qapı, məişət əşyaları, elektrik naqilləri oğurlayan Bakı şəhər sakini saxlanılıb.
Nəsimi rayonunun İ.İsmayılov küçəsindəki evlərin birindən 7 000 manat, 300 ABŞ dolları, 1 000 manat dəyərində qızıl-zinət əşyaları oğurlayan Salyan rayon sakini saxlanılıb.
Eyni adlı küçədə evlərin birindən 150 manat pul və 9 000 manat dəyərində qızıl-zinət əşyaları oğurlayan əvvəllər məhkum olunmuş Bakı şəhər sakini saxlanılıb.
Faktlarla bağlı araşdırmalar aparılır.