16-17 iyun tarixində Bakıda "Bank və ödəniş ekosistemində yeni trendlər: İnnovativ həllər, fintexlər və təhlükəsizlik” mövzusunda “FINTEX 2022" sammiti keçiriləcək. Bu barədə 9 iyun tarixində gbmevents.az saytında məlumat verilib.
Məlumata əsasən, sammit ölkənin kommersiya banklarının və bankçılıq sahəsinə aid məhsul və xidmətlər təklif edən xarici və yerli şirkətlərin iştirakçılarını bir araya toplayan tədbirlərindən biridir.
“FINTEX 2022" maliyyə texnologiyaları, rəqəmsallaşma, ödəniş ekosisteminə dair fikir və təcrübə mübadiləsi üçün platforma olmaq məqsədi daşıyır.