Bakıda gənc oğlan 3-cü mərtəbədən yıxılaraq ağır xəsarət alıb. Bu barədə 11 may tarixində Report məlumat verib.
Məlumata əsasən, hadisə Sabunçu rayonunun Zabrat qəsəbəsində qeydə alınıb. Belə ki, 1994-cü il təvəllüdlü şəxs binanın 3-cü mərtəbəsindən yerə yıxılıb.
Onun bədəninin bir neçə nahiyəsində sınıqlar müşahidə olunur.
Hadisənin təfərrüatı araşdırılır.