Bakının Sabunçu rayonunda gənc oğlanı avtomobil vurub. Bu barədə 14 may tarixində APA məlumat verib.
Məlumata əsasən, hadisə Pirşağı qəsəbəsində qeydə alınıb. Belə ki, yolun əks tərəfinə keçmək istəyən 1991- ci il təvəllüdlü şəxsi minik avtomobili vurub.
Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.