Bakıda gənc oğlan itkin düşüb. Bu barədə oktyabrın 13-də Lent.az məlumat yayıb.
Ağayev David Oleq oğlu üç gün əvvəl yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb. Hazırda onun axtarışları davam edir.
Gəncin "TikTok"dakı paylaşımları ilə tanındığı qeyd edilir.