Bakının Nizami rayonu, Babək prospektində yerləşən “ENJOY” gecə klubunun fəaliyyəti yanğın təhlükəsizliyi sahəsində aşkarlanan nöqsanlara görə dayandırılıb. Bu barədə iyunun 6-da Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Həmin nöqsanlar aşağıdakılardır:
- obyekt normaya uyğun ehtiyat çıxış yolu ilə təmin edilməyib;
- obyektin qapılarının təxliyə məqsədilə çıxış istiqamətində açılması təmin edilməyib;
- obyektdə avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusu quraşdırılmayıb;
- obyekt ilkin yanğınsöndürmə vasitələri və odsöndürən balonlarla tam təmin olunmayıb;
- elektrik enerjisinin kəsilməsi halları nəzərə alınaraq, obyekt ehtiyat elektrik generatoru ilə təmin edilməyib;
- obyektin istismarı Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmayıb.