Bakıda həkim-ginekoloqun intiharı ilə bağlı “özünü öldürmə həddinə çatdırma” maddəsilə cinayət işi açılıb. Bu barədə iyunun 28-də Baş Prokurorluq məlumat yayıb.
Hadisə iyunun 27-də saat 17:00 radələrində Yasamal rayonunda baş verib. 1984-cü il təvəllüdlü Xalidə Kəngərli binanın 10-cu mərtəbəsində yaşadığı mənzilin eyvanından özünü atıb.
Qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb.