Bakıda ərini öldürməkdə təqsirləndirilən Gülnar Vəlizadənin məhkəməsi başlayır. Bu haqda iyunun 10-da APA məlumat yayıb.
İş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Hadisə yanvarın 30-da Hövsan qəsəbəsində baş verib. Kişi yaşadığı evdə kəsilmiş-deşilmiş xəsarət alıb. O, aparıldığı xəstəxanada dünyasını dəyişib. 31 yaşlı qadın şübhəli şəxs qismində saxlanılıb.
Məlumata görə, cütlük tələbə yoldaşı olublar və öz istəkləri ilə ailə həyatı qurublar. İki azyaşlı övladları var.