Bakıda həyat yoldaşını qətlə yetirən şəxsə hökm oxunub. Füzuli Qarayev 15 il azadlıqdan məhrum olunub. Bu barədə iyunun 21-də APA məlumat yayıb.
Hadisə ötən ilin avqust ayında qeydə alınıb. 24 yaşlı Sevinc Məhərrəmova əri tərəfindən paytaxtın Zirə qəsəbəsində döyülüb və çoxsaylı bıçaq zərbələri nəticəsində öldürülüb.
Füzuli Qarayev “qəsdən adam öldürmə” və “qəsdən bədənə ağır xəsarət yetirmə” maddələrilə ittiham olunub.