Bakıda hosteldə əcnəbi vətəndaşdan oğurluq edilib. Bu haqda iyunun 3-də APA məlumat yayıb.
Belə ki, Səbail rayonunda zərərçəkmişin çantasından 6 000 ABŞ dolları götürülüb. Polisin keçirdiyi əməliyyat nəticəsində bu əməli törətməkdə şübhəli bilinən paytaxt sakini saxlanılıb.
Həmin şəxsin əvvələr də analoji cinayətə görə məhkum olduğu bilinib.
Faktla bağlı araşdırma aparılır.