1-3 iyun tarixlərində Bakı Ekspo Mərkəzində 19-cu Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Sərgisi - “TransLogistica Caspian” və 10-cu Yubiley Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat Sərgisi - “Road&Traffic” keçiriləcək. Bu barədə 31 may tarixində Report məlumat verib.
Məlumata əsasən, sözügedən sərgilərdə Azərbaycan, Almaniya, Belarus, Yunanıstan, İtaliya, Qazaxıstan, Rusiya Federasiyası, Türkiyə və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) şirkətlərinin məhsul və xidmətləri təqdim olunacaq.
Həmçinin dünyanın 250-dən çox şirkətinin energetika sənayesinin liderlərini bir araya gətirəcək “Xəzər Neft və Qaz” sərgisi və “Energetika və Bərpa Olunan Enerji” sərgisi təşkil olunacaq.