Bakıda 28 yaşlı gənc oğlanı avtomobil vurub. İyunun 14-də Report-dan verilən məlumata görə, hadisə Xəzər rayonunda qeydə alınıb.
Belə ki, Binə qəsəbəsində 1994-cü il təvəllüdlü şəxs yolu keçərkən avtomobil onu vurub. Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.
Report xəbər verir ki, digər bir qəza Səbail rayonunda baş verib. 30 yaşlı qadın yolu keçərkən avtomobil onu vurub. Yaralı xəstəxanaya yerləşdirilib.