Bakıda yeniyetmələr itkin düşüb. Bu barədə İnsanoid APA-ya istinadən bu gün, 28 sentyabr tarixində xəbər verir.
Xətai rayonunun Məhəmməd Hadi küçəsi, ev 83-də yaşayan 16 yaşlı Ayşə Sessiz sentyabrın 26-da yaşadığı evdən çıxıb və geri qayıtmayıb.
Suraxanı rayonunda da 12 yaşlı Hövsan qəsəbə sakini Fuad Rzayev sentyabrın 26-sı yaşadığı evdən çıxaraq itkin düşüb.
Hər iki faktla bağlı araşdırma aparılır.