Bakının Nəsimi rayonunda intihara cəhd hadisəsi baş verib. Bu haqda iyunun 18-də Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
İnsident 4-cü mikrorayon ərazisində qeydə alınıb. Bir nəfər beşinci mərtbəyə çıxaraq həyatına son qoymaq istəyib. Hadisə yerinə qurumun əməkdaşları cəlb olunub.
FHN-in psixoloqları onunla söhbət apararaq bu fikirdən daşındırıblar.