Bu il noyabr ayında Bakıda növbəti İnvestisiya Sammiti keçiriləcək. Bu barədə 24 iyun tarixində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) rəsmi səhifəsində məlumat verilib.
Məlumata əsasən, tədbirin keçirilməsi ilə bağlı KOBİA ilə İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumu arasında Anlaşma Memorandumu imzalanıb.
Qeyd edək ki, 2021-ci ilin 27-29 oktyabr tarixlərində Bakıda Azərbaycan İnvestisiya və Mədəniyyət Sammiti keçirilib. Tədbirdə 20-dən çox ölkədən nümayəndələr iştirak edib.