Azərbaycan Sahibkar Qadınlar Təşkilatının təşkilatçılığı ilə Mayın 18-də “SHE Congress” keçirilib. Bu barədə 18 may tarixində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) məlumat verib.
Tədbirdə çıxış edən KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov bildirib ki, 2022-ci ilin 1 aprel tarixinə ölkəmizdə fərdi sahibkarların 21,5 %-ni qadınlar təşkil edib.
Məlumata əsasən, KOBİA qadın sahibkarlığının inkişafının təşviq edilməsi, kiçik və orta sahibkarlar arasında qadınların sayının daha da artırılması üçün mütəmadi olaraq maarifləndirici tədbirlər, təlimlər təşkil edir.