Bakının Sabunçu rayonunda 7, 10, və 14 yaşlı itkin düşən bacılar tapılıb. Bu haqda mayın 20-də Lent.az məlumat yayıb.
Polis əməkdaşları qızların hər üçünü taparaq ailəsinə təhvil verib.
Qeyd edək ki, mayın 17-də 7, 10, və 14 yaşlı bacılar oynamaq məqsədilə evin qarşısına çıxaraq bir daha geri qayıtmamışdılar.
Faktla bağlı araşdırma aparılır.