Bakıda keçmiş arvadını öldürməkdə təqsirləndirilən İlqar Qəribova hökm oxunub. Bu barədə 4 sentyabr tarixində Report xəbər verir.
Hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.
Hökmə əsasən, təqsirləndirilən şəxs 16 il müddətinə azadlıqdan məhrum edilib.
Hadisə ötən ilin dekabrında paytaxtın Xətai rayonunda baş verib.
47 yaşlı İlqar Qəribovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı keçmiş həyat yoldaşı, 40 yaşlı Raminə Qəribovaya bıçaqla çoxsaylı xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
İ. Qəribov Cinayət Məcəlləsinin “qəsdən adam öldürmə, xüsusi amansızlıqla qəsdən adam öldürmə” maddəsi ilə ittiham olunub.