Paytaxtın Nəsimi rayonunun Bülbül prospekti 18-30 ünvanında yaradılan qanunsuz parklanma yeri sökülür. Bu barədə Bakı Şəhər İcra Hakimiyyətindən APA-ya məlumat verilib.
Bildirilib ki, həmin parklanma Azərbaycan Kinematoqrafçılar İttifaqı tərəfindən yaradılıb.
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq parklanma yerinin sökülməsinə və piyada səkisinin əvvəlki vəziyyətinə gətirilməsinə başlanılıb: “Təqsirkarların müəyyən edilməsi məqsədilə araşdırmalar aparılır”.
Qeyd edək ki, daha öncə sosial şəbəkələrdə piyadalar üçün salınan səkinin daraldığı, ağacın kəsildiyi və piyada yolunun parkinqə çevrildiyi fotolar yayılmışdı.