Bakıda kişi ailə münaqişəsi zəminində həyat yoldaşını bıçaqlayıb. Bu barədə mayın 6-da APA məlumat yayıb.
Hadisə paytaxtın Xətai rayonu, Əhmədli qəsəbəsində baş verib. Kişi 30 yaşlı həyat yoldaşı ilə mübahisə edərkən onu bıçaqlayıb. Ağır bədən xəsarətləri alan qadın xəstəxanaya çatdırılıb və ona cərrahi əməliyyat edilib. Vəziyyəti ağır qiymətləndirilir.
Hadisəni törədən şəxs saxlanılıb.