Bakı şəhəri, Nizami rayonunda körpə yaşayış binasının 7-ci mərtəbəsindən 6-cı mərtəbəyə yıxılıb, ana özünü övladının ardınca atıb. Bu barədə 20 iyun tarixində Report məlumat verib.
Məlumata əsasən, ana və övlad Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər. Bildirilib ki, hər iki şəxsin həyatları üçün təhlükə yoxdur.
Qeyd olunub ki, 2020-ci il təvəllüdlü körpədə ümumi səthi travmalar və sıyrıqlar aşkarlanıb. 1995-ci il təvəllüdlü anada müəyyən əzik və kiçik travmalar müşahidə olunub. 20 həftəlik hamilə olan qadının vəziyyəti kafi qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.