Bakının Ziya Bünyadov prospektində yol nəqliyyat hadisəsi baş verib. Bu barədə iyunun 11-də Daxili İşlər Nazirliyindən məlumat verilib.
“Koroğlu” metrostansiyası yaxınlığı, Qara Qarayev prospekti istiqamətində qeydə alınan qəza sıxlığa səbəb olub.
Bundan əlavə, Bakı-Sumqayıt şosesində, Avtovağzalın qarşısı - 20 Yanvar istiqamətində nasaz olan avtobus sıxlığa səbəb olub.