Bakının Nizami rayonunda küçədə naməlum kişi meyiti aşkar edilib. Bu haqda iyunun 30-da Lent.az məlumat yayıb.
Mərhumun hansı səbəbdən dünyasını dəyişdiyi məlum deyil. Onun spirtli içki düşkünü olduğu deyilir. Bildirilib ki, cəsəd 40-50 yaşlarında olan kişiyə aiddir.
Faktla bağlı araşdırma aparılır.