Bakıda dünəndən başlayan külək xəstəxananın damını uçurub. Bu haqda mayın 7-də Baku TV məlumat yayıb.
İnsident Yasamal rayonu, Tağı Şahbazi küçəsi 95 ünvanında yerləşən Uşaq Nevroloji Xəstəxanasında baş verib. Qopan dam örtüyünün qalıqları yaxınlıqda park edilən avtomobillərin üzərinə düşüb və onlara ziyan vurub.
Hadisə yerindən görüntülər: