Bu gün, mayın 20-də Bakı və Abşeron yarımadasında küləkli hava şəraiti davam edəcək.
Bunu Trend-ə Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.
O bildirib ki, axşam saatlarında bəzi yerlərdə arabir yağış yağacaq: “Mayın 21-i səhər saatlarından etibarən külək zəifləyəcək. Gündüz saatlarında mülayim cənub küləyinin əsəcəyi gözlənilir”.
Büronun rəsmisi bildirib ki, bölgələrdə də yağıntılı hava şəraiti davam edəcək. Mayın 21-də səhər saatlarından yağıntı kəsiləcək.