Bakıda mağazalardan 13 000 manatdan çox oğurluq edilib. Bu barədə 20 may tarixində Report məlumat verib.
Məlumata əsasən, Polis İdarəsinə H.Seyidzadə küçəsində yerləşən mağazadan 95 manat pul və 3 500 manat dəyərində tütün məmulatı, H.B.Əliyev küçəsindəki digər mağazadan isə 10 000 manat dəyərində 22 ədəd mobil telefonun oğurlanması barədə müraciətlər daxil olub.
Polis əməkdaşları tərəfindən şübhəli bilinən, əvvəllər də oğurluğa görə məhkum olunmuş Naftalan şəhər sakini və Sabirabad rayon sakini müəyyən edilərək saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.